Şeytan və dostları


1 – BİR DƏFƏ İLƏ BİR ŞEY OLMAZ

2 – HƏLƏ Kİ CAVANIQ

3 – ALLAH (C. C) ÜRƏK TƏMİZLİYİNƏ BAXAR

4 – ALLAH (C. C.) İLƏ QUL ARASINA GİRİLMƏZ

5 – TƏQAÜDƏ ÇIXDIQDAN SONRA

6 – ZAMAN SİZLƏ DEYİL, SİZ ZAMANLA AYAQLAŞIN

7 – BİR ŞEY OLMAZ ALLAH(C. C) BAĞIŞLAYAR

8 – BU QƏDƏR GÜNAHDAN SONRA BİR AZ ÇƏTİN BAĞIŞLANARSAN

9 – ÇOX DÜŞÜNMƏ BAŞIN XARAB OLAR

10 – CƏHƏNNƏMDƏ BİR MÜDDƏT YANDIQDAN SONRA CƏNNƏTƏ GİRMƏYƏCƏYİKMİ (Sanki kibrit dənəsinin atəşinə dözə bilirmiş kimi)

11 – BİZ BÖYÜKLƏRİMİZDƏN BELƏ GÖRDÜK

12 – AMAN HA DİQQƏT BEYNİNİZİ YUMASINLAR

Bir gün Şeytan, dünya səviyyəsində bir yığıncaq üçün bütün dostlarını çağırmış.

Açılış danışmasında demiş ki: Müsəlmanların Məscidlərə getməsini əngəlləyə bilmirik. Quran oxumalarını və gerçəkləri öyrənmələrini də əngəlləyə bilmirik. Allah və elçisi ilə möhkəm əlaqələr qurmalarını da əngəlləyə bilmirik.

Allah ilə bir dəfə əlaqə qurduqlarında üzərlərindəki gücümüz qırılır. Dostları demiş ki: Həqiqətən çətin bir vəziyyətdi, bəs nə edək? Şeytan demiş ki: Buraxın Məscidlərə getsinlər. Lakin zamanlarını oğurlayın, beləcə Allah və elçisi ilə əlaqə qura bilməsinlər..

Sizdən istəyim budur. Şeytan davam etmiş: Diqqətlərini dağıdın, beləcə gün boyunca Allah ilə həyatı əhəmiyyətə sahib əlaqəni qura bilməsinlər. Dostları təəccüblənmiş: Bunu necə edəcəyik?

Şeytan: Həyatın əhəmiyyətsiz detallarıyla zehinlərini davamlı məşğul et! Müsəlmanların qulaqlarına bunu pıçılda: Xərclə, xərclə, xərclə.. Borc al, borc al, borc al..’

Qadınlarını işə girib uzun müddət işləmələri üçün razı sal ! Kişilərin həftədə 6-7 gün, gündə 10-12 saat işlərini və beləcə həyatlarında boşluq qalmaması üçün planlar həyata keçir! Uşaqları ilə zaman keçirmələrinə maneə ol!

Evləri fərah tapdıqları bir yer olmaqdan çıxacaq! Düşüncələrini o qədər məşğul et ki öz iç səslərini dinləyə bilməsinlər! Beləcə başları qarışacaq, Allah və elçisi ilə düşüncə bərabərlikləri qopacaq. Bravooo, mükəmməl fikir, deyə alqışlamış dostları. Dayanın, daha qurtarmadı, deyə davam etmiş Şeytan:

Çayxanalarda, həkim müayinəxanalarında, kafelərdə masaları qəzet və jurnallarla doldur! Zehinlərini 24 saat xəbər bombardımanına tut! Avtomobil istifadə etmə əsnasında təfəkkür etmələrini, İnternetə girənlərinin məktub qutularını(mailbox), boş məktublarla(junk mail), sifariş kataloqları ilə, bəhslərlə, çəkilişlərlə, promosyon məhsulları ilə və boş ümidlərlə doldur! Qəzet və TVləri incə quruluşlu gözəl modellərlə doldur ki ərləri xarici gözəlliyin əhəmiyyətli olduğuna inansınlar və xanımlarından xoşlanmasınlar! Qadınların, axşamları ərləriylə maraqlana bilməyəcək qədər çox yorulmasını təmin et! Əgər qadınlar, kişilərin ehtiyacı olan sevgini verə bilməzlərsə, kişilər bu sevgini başqa yerlərdə axtaracaqlar!

Uşaqlarına namazın əhəmiyyətini izah etmələrini əngəlləmək üçün hekayə kitablarını tövsiyə et!

Təbiətə çıxıb Allahın yaratma sifətini görmələrinə maneə törətmək üçün onları çox məşğul et, əyləncə parklarına, sərgilərə, idman qarşılaşmalarına, oyunlara, konsertlərə, kinolara vs apar! Oralarda döyüş çıxarıb bir-birlərini vurmaları təmin et! Bizim işimiz fitnə çıxarmaqdır, bunu unutma! İslami dostluqlar və söhbətlər yerinə, tərəfdar dostluqlarını və dedi-qoduları təşviq et!

İşdə plan bu! Futbol, həyatlarının mərkəzi olsun. Futbolçuların adlarını uşaqlarına əzbərlətməyi bacarıq hesab etsinlər! Ancaq İslamın şərtlərinə maraq belə etməsinlər! Hiyləgərcə plan üçün dostları şeytanı dəlicə alqışlamışlar və ölkələrə dağılarkən Müsəlmanları daha çox məşğul edəcəklərinə, təlaş içində oraya bura aparacaqlarına, Allaha, Elçisinə və ailələrinə daha az zaman ayıracaqlarına söz vermişlər. Sizcə bu plan müvəffəqiyyətlidirmi?

Şeytan və dostları” üçün bir cavab

  1. bravegirl May 28, 2009 tarixində, saat 11:23

    elbette cox muvefeqiyyetlidir.menim heyatimda da her sey beledir.

Bir şərh yazın